1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bizi çətin oyunun gözlədiyini bilirik" - FOTOLAR
Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyunundan əvvəl Azərbaycan milli komandası Riqada məşqə çıxıb.
Sportnet.az-ın məlumatına görə, məşqdən əvvəl milli üzvləri sabahkı görüşlə bağlı fikirlərini bölüşüblər.
Müdafiəçi Təmkin Xəlilzadə səfər qarşılaşmasında Azərbaycan xalqını sevindirməyə çalışacaqlarını bildirib: "Millətlər Liqasından öncə millinin son yoldaşlıq oyunudur. Öncəki oyunumuz yaxşı alınmadı, məğlub olduq. Buna baxmayaraq, səhvlərimizin üzərində işləmişik. Sabahkı qarşılaşmada həm xalqımızı, həm də məşqçilərimizi sevindirmək üçün meydana çıxacağıq”.
Hücumçu Amil Yunanov millini çətin oyunun gözlədiyini açıqlayıb: "Bu, Millətlər Liqasından öncə son sınağımızdır. Yaxşı oyun nümayiş etdirib, qələbə qazanmaq istəyirik. Amma səhvlərdən nəticə çıxarmaq istəyirik. Baş məşqçimiz şans versə, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam”.
Digər forvard Mahir Mədətov isə rəqibin oyununu analiz etdiklərini söyləyib: "Bizi çətin oyunun gözlədiyini bilirik. Səfərdə çıxış edirik. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki Millətlər Liqasından öncə son oyunumuzdur və qələbə bizə müsbət təsir edəcək”.
Qeyd edək ki, iyunun 9-da Riqadakı "Dauqava" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.