Latviya milli komandasının futbolçusu Artur Karaşauskas evdə Azərbaycan yığmasına 1:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra Sporta Zinas" nəşrinin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Baltika Kubokunu qazandıqdan sonra bu məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?
- Səhvlər, səhvlər və yenə səhvlər qol vura bilməməyimizə və məğlubiyyətimizə səbəb oldu. Hazırda Azərbaycanın çox yaxşı komandası var. Litva və Estoniya yığmalarından fərqli olaraq, onlar fərdi cəhətdən daha güclü oyunçulara malikdirlər. Bu, rəqibin topa daha çox nəzarət etməsində, onunla davranmasında və meydanda düzgün qərarlar verməsində özünü göstərirdi.
- Niyə hücumlarınız alınmırdı?
- Müntəzəm və uğurlu hücumlar edə bilməməyimizin səbəbini demək çətindir. Bəlkə bunu kənardan baş məşqçi daha yaxşı diqqət yetirə bilər. Ola bilsin, ikinci hissədə qısa müddətdə iki qol buraxmağımızın öz oyunumuzu eyni qaydada sərgiləmək istəyimizi öldürdü. Belə xoşagəlməz nəticədən qaçmaq üçün buraxdığımız qola mümkün qədər tez cavab vermək istəyirdik.
- Oyundan sonra Miksu Paatelaynenin əhvalı necə idi?
- Paatelaynen əhval-ruhiyyəni yüksəltmək üzrə mütəxəssis deyil. O, çox qəzəbli idi. Bəlkə bu, özünün çarəsizliyindən irəli gəlirdi. Bunun daha düzgün səbəbini özü bilər.
- Öz oyununu necə dəyərləndirirsən?
- Baltika Kubokundakı və Azərbaycanla görüşləri nəzərə alsaq, üst-üstə 3 matçda 1 qol vura bilməmişəmsə, deməli, pis oynamışam.