1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Monako"nun futbolçusu "Atletiko"da
İspaniyanın "Atletiko" və Fransanın "Monako" klubları futbolçu Toma Lemarın transferinə dair prinsipial razılıq əldə ediblər.
Sportnet.az-ın Madrid təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, yaxın günlərdə hər iki klub bu keçidi gerçəkləşdirmək üzərində çalışacaqlar.
22 yaşlı yarımmüdafiəçinin "Monako" ilə hazırkı müqaviləsi 2020-ci ilin yayınadək nəzərdə tutulub. Daha əvvəl klub rəhbərliyi ona müqaviləni yeniləməyi təklif edib. Lakin tərəflər şərtlərdə razılığa gələ bilməyib.
Ötən mövsüm Lemar Liqa 1-də 30 matçda 2 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Hazırda yarımmüdafiəçi Fransa millisinin heyətində dünya çempionatı ilə əlaqədar Rusiyadadır.