İspaniya "Atletiko"su Uruqvay milli komandasının futbolçusu Xose Mariya Ximeneslə müqavilə müddətini uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı müdafiəçi ilə 5 illik anlaşma əldə olunub. "Çox şadam və klubun mənə inamını yüksək qiymətləndirirəm" deyə o bildirib.
Qeyd edək ki, Xose Mariya Ximenes "Atletiko"da 134 oyuna 6 qol vurub.