Azərbaycan milli komandasının sabiq futbolçusu Uğur Pamuk karyerasını Türkiyədə davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm formasını geyindiyi "Manisaspor”da qalıb. Klub bir müddət əvvəl yollarını ayırdığı Pamuka yeni müqavilə təklif edib.
"Manisaspor” son mövsümdə Türkiyənin I Liqasında 17-ci yeri tutaraq, aşağı dəstəyə düşüb.
Qeyd edək ki, Almaniyanın Bilfeld şəhərində doğulan U.Pamuk 2012-ci ildə Azərbaycan yığmasına cəlb olunub və iki görüşdə forma geyinib. O, karyerası ərzində "Sumqayıt” və "Xəzər Lənkəran”ın da şərəfini qoruyub.