"Qarabağ" klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Dani Kintananın başa çatan sözləşməsi yenilənib. İspaniyalı yarımmüdafiəçi ilə 2020-ci ilin iyununadək anlaşma əldə olunub. Kintana artıq komanda ilə məşqlərdə iştirak edir. O, "Qarabağ"a 2015-ci ilin martında transfer olunub.
Qeyd edək ki, daha əvvəl Ansi Aqolli ilə müqavilə 2019-cu ilin iyununadək uzadılıb.