İngiltərənin "Volverhempton" klubu Portuqaliya millisinin və "Sportinq"in qapıçısı Ruy Patrisiunu heyətinə qatıb. 
 
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda 30 yaşlı qolkiperlə 4 illik müqavilə imzalayıb.
 
 
Qeyd edək ki, Ruy Patrisiu Portuqaliya millisi ilə birgə dünya çempionatında iştirak edir. O, 2006-cı ildən bu vaxta qədər "Sportinq" klubunun şərəfini qoruyub.  
 









                 





    
    
    
    
    
    
    
    























































