"Neftçi" klubunun futbolçusu Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, komandanın kapitanı klubun rəsmi saytına açıqlamasında Macarıstan "Uypeşt” komandası haqqında məlumatlarının olmadığını söyləyib: "Əminəm ki, yaxın günlərdə məşqçi heyətimiz bizi bütün lazım olan informasiya ilə təmin edəcək".
31 yaşlı müdafiəçi Macarıstan futbolunun nə qədər güclü olduğuna bələd olduqlarını sözlərinə əlavə edib: "Belə güclü çempionatdan Avropa Liqasına vəsiqə qazanan komanda zəif ola bilməz. Ümid edirəm ki, təlim-məşq toplanışı bizim üçün xeyirli olacaq və biz toplanışın faydasını Avropa Liqasında görəcəyik”.
Qeyd edək ki, "Uypeşt"lə ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.