"Neftçi” klubunun fiziki hazırlıq üzrə məşqçisi Andrea Mezzu komandanın durumundan danışıb.
Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis hazırda komanda üzvlərinin qiymətləndirməsi apardığını söyləyib: "İndidən deyə bilərəm ki, hər kəsin ağır məşqləri üçün yaxşı bazaları var. Ona görə də gündən-günə məşqlərin intensivliyini artırıram. Komandanın ümumi fiziki vəziyyəti bir neçə gündən sonra tam bilinəcək”.