1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" Avstriya toplanışına başladı
"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam klubunun ilk məşqi yerli vaxtla saat 12:30-da start götürüb.
Futbolçular fitnes zalında yüngül hərəkətlərdən sonra meydanda hazırlıqları davam etdirib. İki qrup halında məşq edən kollektiv daha çox fiziki hazırlıqla kifayətlənib. Hazırlıq prosesi, təxminən 1 saat 40 dəqiqə davam edib. Günün ikinci məşqi yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam klubu iyunun 23-də Bolqarıstanın "Ludoqorets", iyunun 26-da Avstriyanın "Vakker İnsbruk", iyunun 30-da Suriya milli komandası, iyulun 4-də isə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək.