Topaz Premyer Liqasının debütantı "Sabah" klubu ilk legioner transfer edib.
Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Elşad Əhmədov məlumat verib. Onun sözlərinə görə, Sloveniya "Krsko"sundan Yosip Baliç heyətə cəlb olunub. 25 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilənin bağlanılacağı gözlənilir.
Əhmədov daha 4 legionerlə də güclənəcəklərini əlavə edib.