1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əfran İsmayılov "penalti kralı" imiş
Topaz Premyer Liqasının ötən mövsümündə qapılara 47 penalti təyin olunub. Sportnet.az Peşəkar Premyer Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 35-i qolla nəticələnib, qalan 12-si isə qeyri-dəqiq olub.
Paytaxtın eyniadlı təmsilçisi – "Bakı” 10 dəfə penalti vurmaq hüququ qazanıb. Bunlardan 8-ni qola çevirən "zolaqlılar” hər iki göstərici üzrə çempionatın lideridir. Qollardan 5-i komandanın hücumçusu Əfran İsmayılovun aktivindədir.
"Rəvan” klubu mövsümdə yalnız bir dəfə penalti hüququnu qazansa da, ondan maksimum istifadə edə bilib. Xuan Manuel Varea 34-cü turun "Simurq”la oyununda komandasına qələbə gətirən qolun müəllifi olub.
"Xəzər Lənkəran” isə 6 dəfə penalti vurmaq hüququ qazansa da, cəmi 2 dəfə rəqib qapıçılarını məyus edə bilib. Cənub təmsilçisinin heyətində Elias Ribeiro və Dejan Blajevski dəqiqliyi ilə seçilib. Junior Nildo 2 dəfə, Etame Mbilla və Dejan Blajevski isə hərəyə bir dəfə penaltini qeyri-dəqiq yerinə yetiriblər.