1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tomislav Vinyeviç: "Neftçi" bu taktika ilə bizi təəccübləndirdi"
"Etiraf edim ki, fantastik oyun və nəticənin şahidi olduq. Kim düşünürsə ki, asan qələbə qazandıq, səhvə yol verir. "Neftçi" əvvəlki taktikasını dəyişmişdi. Cinah oyunçularını dəyişmələri bizə açılmaqda kömək etdi. "Neftçi" güclü komandadır. Rəqib 60-cı dəqiqədə yaxşı əks-hücum qurdu. Mənim üçün həlledici məqam 3-cü qol oldu. Bundan sonra rəqib motivasiyasını itirdi və biz qələbəyə nail olduq. İlk görüşdən sonra bizdən narazı qalanlar bu günkü nəticədən sonra bizi bağışlaya bilərlər. Ümid edirəm ki, "Sevilya" ilə oyunumuza daha çox tamaşaçı gələr".
Sportnet.az-ın Macarıstanın paytaxtı Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Uypeşt"in baş məşqçisi Neboyşa Vinteyiç evdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. Serbiyalı mütəxəssis bildirib ki, "Neftçi"nin hazırkı çıxışı real vəziyyəti əks etdirmir: "Hətta rəqib ilk oyunla müqayisədə bizi bir qədər də təəccübləndirdi. Müdafiədə Ruslan Abışov və Kiril Petrov, eləcə də hücum xətti yaxşı təsir bağışlayırdı. Hər iki oyunda rəqib yaxşı çıxış etdi və buna görə də "Neftçi"yə minnətdaram. Biz isə hətta son 2 qolu vurmasaydıq belə, oyundan razı qalacaqdım".
İspaniya "Sevilya"sı ilə növbəti mərhələ görüşləri barədə fikirlərini bildirən Vinyeviç bu komandadan çox şey öyrənmələrinin gərəkliyini söyləyib: "Sevilya" son illər bir neçə dəfə Avropa Liqasının qalibi olub. Bugünkü oyunda nəticə də mənə növbəti görüşə hazırlaşmaqda kömək olacaq.
Namik Ələskərov və Ruslan Abışovun zədələndikləri epizodlarda öz oyunçularının bilərəkdən xətər yetirmək fikirlərinin olmadığını deyən baş məşqçi hər iki oyunçuya tezliklə sağalmalarını arzulayıb: "İlk oyundan sonra bu sual verilmədi. Mən də komandama heç bir haqq qazandırmadım. Amma bugünkü nəticədən sonra belə sualın verilməsi təəccüblü oldu".