"Qəbələ" klubunun prezidenti Tale Heydərov III Beynəlxalq Qəbələ Kubokunun açılışına qatıla bilməyib. Sportnet.az-ın məlumatına görə, buna səbəb T.Heydərovun sədri olduğu Avropa Azərbaycan Cəmiyyətinin tədbirində iştirakıdır.
Xocalı faciəsinə həsr olunmuş kitabın təqdimatı Bakıda olub. Təqdimatla əlaqədar klub prezidentinin Qəbələdəki tədbirə yetişə bilməyib. Yağışlı hava şəraitində baş tutan açılış mərasimində "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov çıxış edərək, ənənəvi turni iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, Qəbələ Kuboku ardıcıl 3-cü ildir keçirilir. Əvvəlki turnirlərin açılış mərasimlərinə Taleh Heydərov şəxsən qatılıb.
Ceyhun ƏLİYEV
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |