"III Qəbələ Kuboku"nun açılış mərasimində, Azərbaycan futbolunun əfsanələrindən Nazim Süleymanov da iştirak edir. Sportnet.az-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi turnirə AFFA tərəfindən göndərildiyini bildirib:
"Bura AFFA rəsmisi olaraq gəlmişəm. Elxan Məmmədovun yoxluğunda, mən və Rüstəm Rəhimov bura təşrif buyurduq. Ola bilər ki, hansısa oyunlarda iştirak etməyək. Ancaq açılış mərasimi, "Qəbələ" - "Fənərbağça" görüşündə, habelə yarımfinal və final görüşlərində iştirak edəcəyimiz dəqiqdir".
Təşkilatçılıqla bağlı istedadlı mütəxəssis bunları söyləyib: "Turnir çox yüksək səviyyədə təşkil olunub. Gördüyünüz kimi, meydançalar əla vəziyyətdədir. Əsl futbol ab-havası hökm sürür. Yeniyetmə futbolçular üçün belə bir turnirdə iştirak etmək, özünü göstərmək baxımından böyük bir şansdır".
"Alaniya"nın heyətində Rusiya çempionluğunu yaşamış keçmiş qoleador gənc nəslə tövsiyələrini də çatdırıb: "Məlum olduğu kimi, turnirdə müxtəlif ölkələrdən 8 komanda iştirak edir. Bu, Azərbaycanın tanınmasıdır, reklamıdır. Fürsətdən istifadə edərək, "Qəbələ" klubunun rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm ki, belə bir turniri ənənə halına salıblar, bu cür komandaları ölkəmizə dəvət ediblər. Üzümü gənc futbolçulara tutub demək istəyirəm ki, bu cür şansdan maksimum yararlansınlar və məsuliyyətlərini dərk etsinlər".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |