
Rusiyanın "Zenit" klubu yeni baş məşqçi Sergey Semakın rəhbərliyi altında debüt oyunundan məğlub ayrılıb.
Sportnet.az-ın məlumatına görə, Sankt-Peterburq təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Belarus "Dinamo"suna 0:4 hesabı ilə uduzub. Minskdə keçirilmiş qarşılaşmada qolları 12-ci və 67-ci dəqiqələrdə Uroş Nikoliç, 32-ci dəqiqədə Vladimir Xvaşinski, 41-ci dəqiqədə isə Nino Qaloviç vurub.
Bununla da "Zenit" avrokuboklarda Belarus təmsilçisinə uduzan ilk Rusiya komandası olub. Bu klub həm də 1989-cu ildən sonra ilk böyük hesablı məğlubiyyətə düçar olub. 29 il əvvəl "göy-ağ-mavilər" Almaniya "Ştutqart"ına 0:5 hesabı ilə yeniliblər.
Qeyd edək ki, cavab görüşü avqustun 16-da keçiriləcək. "Zenit" - "Dinamo" cütünün qalibi Avroliqanın "pley-off" mərhələsində "Haybernian" (Şotlandiya) - "Mölde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. Şotlandiyadakı ilk görüşdə qalib müəyyənləşməyib - 0:0.