1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın Avroliqadakı rəqibi məlum oldu
"Qarabağ" klubunun Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, Moldovanın "Şerif" komandasıdır. Tiraspol şəhərinin təmsilçisi Avroliqanın III təsnifat mərhələsində İslandiya "Valür"ünü mübarizədən kənarlaşdırıb. Ötən həftə Moldovadakı ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Qoran Sabliçin baş məşqçi olduğu kollektiv cavab oyununda uduzub - 1:2. Hesabı 40-cı dəqiqədə islandiyalı Haukur Pall Siqurdsson açıb. 68-ci dəqiqədə isə Zigi Badibanqa bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə Kristinn İngi Halldorsson "Valür"ün qələbə topunu vurub. Lakin Moldova komandası səfər qolu sayəsində mərhələ adlayıb.
Beləliklə, "Qarabağ"la "Şerif" ardıcıl ikinci mövsüm avrokuboklarda bir-birinə rəqib olub. Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edən görüşdə Azərbaycan komandası iki oyunun nəticəsində qalib gəlib - 0:0, 2:1. Həmin vaxt Moldova komandasının baş məşqçisi hazırda "Neftçi"nin sükanı arxasındakı Roberto Bordin olub.
"Qarabağ"la "Şerif" arasında budəfəki qarşılaşmalar avqustun 23-də Tiraspolda, avqustun 30-da Bakıda keçiriləcək.