La Liqa rəhbərliyi tarixdə ilk dəfə İspaniya hüdudlarından kənarda keçiriləcək futbol matçı ilə bağlı seçim edib.
Sportnet.az AS-a istinadən xəbər verir ki, XXI turun "Jirona” – "Barselona” oyununun ABŞ-da təşkil edilməsi planlaşdırılır. Təqvimə əsasən, görüş 27 yanvar 2019-cu il tarixində baş tutacaq.
Qeyd edək ki, La Liqa rəhbərliyi ilə "Relevant Sport” şirkəti arasında əldə olunmuş razılığa əsasən, İspaniya çempionatının bəzi oyunları 15 il ərzində ABŞ və Kanadada keçiriləcək.