1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elvin Məmmədov: "Bu, baş məşqçinin qərarıdır"
"İki fərqli hissə oynadıq. İlk yarıda pis çıxış etdik, oyununumuz alındı. Ancaq fasilədən sonra yaxşı təsir bağışladıq, son saniyələrdə bərarəblik qolunu da vurduq. Düzdür, bu, "Sabah"a qarşı göstərdiyimiz futboldan tam fərqli idi. Onda daha yaxşı oynamışdıq. Ancaq əsas odur ki, səfərdə 1 xalı götürdük. Qarşıdakı matça baxmaq lazımdır. Belə oyunlarda, qırılma anları olur. Əsas məsələ rəqib meydanında 1 xal almağımızdır ki, bu, əhval-ruhiyyə qalıb".
Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt" klubunun futbolçusu Elvin Məmmədov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçəni şərh edərkən deyib. 30 yaşlı yarımmüdafiəçi bildirib ki, uzatma dəqiqələrində vurduqları qol komandası üçün daimi stimul ola bilməz: "Düzdür, bu qol "Qəbələ" ilə oyunumuz üçün stimuldur. Ancaq gələcəkdə fərqli ola bilər. Növbəti turda "Qarabağ"la oynayırıq. Bizi çətin matç gözləyir. Hər oyuna maksimum nəticə üçün çıxırıq. Hazırda bizə vacib olan 1 xalı əldə etmək idi. Səfərdə uduzmadıq, nəticə qazandıq və komandada əhval-ruhiyyə çox yaxşıdır".
Məmmədov ikinci hissədə əvəzlənməsindən narazı qaldığına dair iddialarla isə razılaşmayıb: "Xeyr, narazılığım yox idi. Ola bilsin, bu, kənardan baxanda elə görünüb. Baş məşqçinin qərarıdır. Keçən oyunda da məni 70-ci dəqiqədə dəyişdi, bu dəfə də. O, daha yaxşısını bilir. Heç bir narazılıq yoxdur. Meydanı isə əks tərəfdən tərk etdim ki, vaxt itirməyək. Çünki həmin vaxt hesabda geridə idik".