1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Qəbələ"dən darmadağın
Milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanan "Qəbələ” və MOİK komandaları yoxlama oyununda üz-üzə gəlib. Sportnet.az xəbər verir ki, "Bakı” FK-nın təlim-məşq bazasında təşkil olunmuş qarşılaşma Sənan Qurbanovun baş məşqçisi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 4:0.
"Qırmızı-qaralar" matça aşağıdakı "11-lik”lə başlayıb: Aqil Məmmədov, Abbas Ağazadə, Faiq Hacıyev, Elvin Camalov, Roman Hüseynov, Vojislav Stankoviç, Rasim Ramaldanov, Ceyms Adeniyi, Stiven Monroz, Əli Sadıxov, Samir Qurbanov.
I divizion təmsilçisi ilə görüş "Qəbələ”nin üstünlüyü şəraitində keçib. Hesabı 35-ci dəqiqədə Ceyms Adeniyi Bakı açıb. Bu qoldan üç dəqiqə sonra Əli Sadıxov fərqlənib – 2:0. Fasilədə və ikinci hissənin gedişində komandalar bir neçə oyunçu dəyişikliyi gerçəkləşdirib. "Qəbələ”də Rüstəm Nuriyev, İdris İnqilablı və Vüsal Məsimov meydana daxil olub. Fasilədən sonra daha iki qol vurulub. Stiven Monroz ikinci hissənin əvvəllərində fərqi artırıb – 3:0. Hissənin ortalarında isə Samir Qurbanov 4-cü topu bakılıların qapısından keçirib.
Yoxlama oyunu
"Qəbələ” – MOİK – 4:0
Qollar: Ceyms Adeniyi, 35. Əli Sadıxov, 38. Stiven Monroz, 47. Samir Qurbanov, 68
"Qəbələ”nin növbəti oyunu sentyabrın 8-də "Zirə”yə qarşı olacaq.