MLS klubu "Mayami İnter"in sahibi Devid Bekhem İspaniya "Barselona"sında çıxış edən Lionel Messini öz komandasına dəvət etmək niyyətindədir.
Sportnet.az-ın məlumatına görə, Florida təmsilçisi Şimali Amerikanın əsas liqasında 2020-ci ildə debüt edəcək. İngiltərə yığmasının sabiq kapitanın nümayəndələri hələ argentinalı hücumçu ilə təmasda olmayıblar. Amma onlar hesab edirlər ki, iki ildən sonra 33 yaşı tamamlanacaq Messiyə əlverişli maliyyə şərtləri təklif edə biləcəklər.
Danışıqlarda müsbət məqam kimi Florida əhalisinin 70 faizinin latın amerikalı olmaları faktı ola bilər. Bu amilin Messinin ailəsi və övladları üçün əlavə üstünlük sayılacağı bildirilir.