Futzal üzrə UEFA Kubokunda Elit mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən "Araz" və İngiltərədə həmvətənlərimizin yaratdığı "Baku Yunayted"in rəqibləri müəyyənləşib.
"Araz" B qrupunda "Dina" (Moskva, Rusiya), "Slov-Matik" (Slovakiya) və "Xrudim" (Çexiya) komandalarına rəqib olub. "Baku Yunayted" isə D qrupunda "Barselona" (İspaniya), "Beretyouyfolu” (Macarıstan) və "Lokomotiv" (Xarkov, Ukrayna) klubları ilə birgə yer alacaq.
"Sportinq" (Lissabon, Portuqaliya), "İnter" (İspaniya), "Qrand Pro” (Varna, Bolqarıstan) və "Şarlerua" (Belçika) A qrupuna, "Kayrat" (Qazaxıstan), "Sportinq" (Paris, Fransa), "Nikars" (Latviya) və "Ekonomats” (Kraquyevats, Serbiya) B qrupuna düşüb.
_________________________________________________________________________________________
Ölkəmizi futzal üzrə UEFA Kubokunun Elit mərhələsində təmsil edəcək "Araz"ın qalan iki rəqibi müəyyənləşir. Sportnet.az-ın məlumatına görə, son Azərbaycan çempionunun rəqiblərinin kimliyinə bu gün İsveçrənin Noyon şəhərində aydınlıq gətiriləcək.

Bakı vaxtilə saat 17:00-da keçiriləcək püşkatmaya 4 komanda birbaşa vəsiqə qazanıb. Naxçıvan klubu ilə yanaşı, "Barselona" (İspaniya), "Kayrat" (Qazaxıstan) və "Sportinq" (Portuqaliya) də Elit raunda birbaşa yüksəlib. Təmsilçimizin əvvəldən məlum ilk rəqibi "Xrudim"dir. Çexiya klubu 2010 və 2014-cü illərdə "Dördlər finalı"nın bürünc medalını qazanıb.
Mübarizəni davam etdirən azərbaycanlılara məxsus İngiltərənin "Baku Yunayted" klubu, bundan başqa, Bolqarıstanın "Qrand Pro" və Fransa "Sportinq"i Elit raundun debütant komandalarıdır.

Əsas mərhələnin qrup qalibləri: "Baku Yunayted” (İngiltərə), "Nikars” (Riqa, Latviya), "Dina” (Moskva, Rusiya), "Sportinq” (Paris, Fransa), "İnter” (İspaniya), "Beretyouyfolu” (Macarıstan).
Əsas mərhələnin qrup ikinciləri: "Slov-Matik” (Bratislava, Slovakiya), "Xrudim” (Çexiya), "Qrand Pro” (Varna, Bolqarıstan), "Şarlerua” (Belçika), "Ekonomats” (Kraquyevats, Serbiya), "Lokomotiv” (Xarkov, Ukrayna).
Qeyd edək ki, Joze Alesionun gedişindən sonra Faustino Peresin rəhbərliyi altına keçən "Araz"ın Elit mərhələdə startı noyabrın 18-də olacaq. Noyabrın 23-nə qədər məlum olacaq bütün qrup qalibləri "Dördlər finalı"na birbaşa vəsiqə qazanacaqlar.