Portuqaliyanın "Sportinq" klubunun yeni prezidenti Frederiko Varandaş Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə "Qarabağ" rəsmilərini həndbol matçına dəvət edib.
Sportnet.az-ın "A Bola"ya istinadən məlumatına görə, bu, iki komanda arasındakı futbol oyunu günü baş verib. "Qarabağ" rəsmiləri "Sportinq"in həndbol komandasının "Fafe" ilə ölkə çempionatındakı oyununu izləyiblər. Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 35:20.
Qeyd edək ki, oyunu "Qarabağ" rəsmilərindən klubun İdarə Heyətinin üzvü Fevzihan Araz və menecer Asif Əsgərov izləyib.