1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adrian Skarlatake 62-ci oldu
Topaz Premyer Liqasının V turu Adrian Skarlatakenin "Zirə”də debütü ilə əlamətdar olub.
Sportnet.az xəbər verir ki, rumıniyalı müdafiəçi ötən turda da iştirak etsə də, "Səbail”lə matçın nəticəsi (1:1) ləğv olunduğundan Adrianın debütü "Neftçi” ilə qarşılaşmada (1:2) rəsmiləşib.
Skarlatake "Zirə”nin tarixinə 102-ci futbolçu kimi düşüb. O, Premyer Liqada "qartallar”ın formasını geyinən 62-ci oyunçudur.
Mərkəz müdafiəçisi klubun tarixində 2-ci rumıniyalıdır. Onadək həmyerlisi Qabriel Matey "Zirə”nin şərəfini qoruyub. Cinah müdafiəçisi 2017/18 mövsümündə çempionatda 10, UEFA Avropa Liqasında 4 dəfə meydana çıxıb.
Qeyd edək ki, cari mövsümün arxada qalan hissəsində daha 6 oyunçu "Zirə”də ilk matçını keçirib. Bunlar Dilan Duventru, İlkin Qırtımov, Miloş Radivoyeviç, Pərdis Fərcad-Azad, Budaq Nəsirov və Bilal Həmdidir.