
İspaniyanın "Atletiko" klubunun qapıçısı Yan Oblak yaxın 6 ay ərzində Sloveniya yığmasına dəvət almayacaq.
Sportnet.az "France Presse" agentliyinə istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Sloveniya Futbol Federasiyasının prezidenti Radenko Miyatoviçlə şəxsi görüşündə qarşıdakı yarımildə ölkə millisinə çağırılmamasını xahiş edib. Bildirilir ki, Oblakın səhhətində problemlər mövcuddur və o, müalicəsi ilə ciddi məşğul olmaq niyyətindədir. Komandaya qayıtdıqdan sonra qapıçı yığmanın kapitanı olmağa razılıq verib.
Qeyd edək ki, daha əvvəl Yan Oblak UEFA Millətlər Liqasında Bolqarıstan və Kipr yığmalarına qarşı görüşləri buraxıb.