1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millətlər Liqası matçından sonra istefa
Yan Kozak futbol üzrə Slovakiya milli komandasının baş məşqçi postundan istefa verib.
Sportnet.az-ın məlumatına görə, Slovakiya Futbol İttifaqı 64 yaşlı mütəxəssisin ərizəsini qəbul edib. Qərara UEFA Millətlər Liqasında iki oyundan sonra yığmanın xal üzünə həsrət qalması səbəb olub. Son matçında Slovakiya Çexiyaya uduzub - 1:2.
Slovakiya millisini oktyabrın 16-da İsveçlə nəzərdə tutulan yoldaşlıq görüşünə köməkçisi Ştefan Tarkoviç çıxaracaq. Noyabrın 16-da Ukrayna ilə keçirəcəyi Millətlər Liqası qarşılaşmasınadək isə komandaya yeni baş məşqçi rəhbərlik edəcək.
Qeyd edək ki, Yan Kozak Slovakiya yığmasına 2013-cü ilin yayından rəhbərlik edib. Onun millidə ən böyük nailiyyəti 2016-cı il Avropa çempionatının 1/8 finalına vəsiqə olub.