1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aron Remzi komandadan ayrıldı
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin "Arsenal" klubunun futbolçusu Aron Remzi Uels millisindən ayrılıb.
Sportnet.az BBC-yə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ailə məsələlərini əsas gətirərək yığmanın düşərgəsini tərk edib. O, UEFA Millətlər Liqasının IV turunda səfərdə İrlandiya ilə matçda iştirak etməyəcək.
Remzi həmçinin Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"ın "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi matçda da iştirak etməyib.
Oyundan öncə təşkil olunan mətbuat konfransında komandanın baş məşqçisi Unay Emeri oyunçunun qız övladının dünyaya gələcəyini deyib.
Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək İrlandiya - Uels matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.