
"Neftçi” klubunun futbolçusu Soni Mustivar Haiti milli komandasının heyətində növbəti qolunu vurub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi CONCACAF Millətlər Liqasında Sent-Lusia ilə səfər oyununun 13-cü dəqiqəsində fərqlənib. Bu, 28 yaşlı yarımmüdafiəçinin Haiti yığmasının heyətində 13-cü görüşündə 2-ci qolu olub. Mustivar oyunun ikinci hissəsinə əlavə olunan ilk dəqiqədə əvəzlənib. Görüş onun komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Donald Gerye zədə səbəbindən Haiti millisinə dəvət almayıb.