1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Komanda yoldaşları top üstündə dalaşdı – FOTOLAR - VİDEO
Kolumbiya çempionatında "Atletiko Nasyonal” və "Depertivo Kali” komandaları arasında keçirilmiş XIV tur matçında kuryoz hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, hesabın 0:0 olduğu oyunun yekunlaşmasına dəqiqələr qalmış meydan sahibləri rəqibin cərimə meydançası yaxınlığında cərimə zərbəsi vurmaq hüququ qazanıblar.
"Atletiko Nasyonal”ın yarımmüdafiəçisi Heyson Lukumi cərimə zərbəsini yerinə yetirməyə qərar verib və topu əlinə götürüb. Lakin onun komanda yoldaşı Dayro Moreno topu onun əlindən alıb. Bundan sonra futbolçular arasında az qalıb ki, dava-dalaş başlasın. Qarşıdurma zamanı Lukumi başı ilə Morenonun sifətinə zərbə vurub və buna görə də qırmızı vərəqə alıb.
"Atletiko Nasyonal” klubu sonradan bəyan edib ki, baş vermiş hadisə ilə əlaqədar Moreno ilə müqaviləyə xitam verilib, Lukumi isə 8 gün əsas komandanın məşqlərindən kənarlaşdırılıb.