
"Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukraynanın "Vorskla” komandasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, oktybarın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüş israilli hakimlərə həvalə olunub. Matçın baş hakim: Roi Reinşreiberdir. Danni Krasikou və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
Amihay Yehoşua Mozes dördüncü, Alon Yefet və Daniel Bar Natan əlavə köməkçi hakimlər olacaqlar.
Oyunun hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə polşalı Kazimierz Oleszekdir.
Qeyd edək ki, matç saat 20:55-də başlayacaq.