"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Moldovaya yollanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, UEFA Gənclər Liqasında mübarizə aparan "qırmızı-qaralar” Çempionlar Yolunun I mərhələsinin oktyabrın 24-də keçiriləcək "Şerif”lə cavab oyunundan iki gün öncə Tiraspola çatıb. Emin İmaməliyevin baş məşqçi olduğu komanda bu gün əvvəl oyunöncəsi son məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi matçın keçiriləcəyi "Şerif” stadionunun kiçik arenasında baş tutacaq. "Qəbələ”nin məşqi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
16:00. "Şerif” (Moldova) - "Qəbələ” (Azərbaycan)
Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)
Tiraspol. "Şerif” stadionunun kiçik arenası
İlk oyun – 1:1