
Bu gün İspaniya La Liqasında X tura start verilib.
Sportnet.az-n məlumatına görə, turun açılış matçında "Valyadolid” "Espanyol”u qəbul edib.
Turnir cədvəlində 17 xalla ikinci yerdə qərarlaşan və lider "Barselona”dan 1 xal geri qalan "Espanyol” oyuna fəal başlayıb.
Oyunda hesab 20-ci dəqiqədə açılıb. "Espanyol”u hücumçusu Borxa İqlesias komanda yoldaşı Oskar Melendonun məhsuldar ötürməsini qola çevirib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda son nöqtəni 90-+1 dəqiqədə "Valyadolid”in futbolçusu Daniele Verde qoyub. Verde cərimə zərbəsini ustalıqla yerinə yetirib. Bununla da bu turda "Espanyol” liderliyə yüksəlmək şansını qaçırıb.
Qeyd edək ki, bu turda "Barselona” və 16 xalla 5-ci pillədə qərarlaşan "Real Madrid”lə qarşılaşacaq. El-Klasiko bazar günü Kataloniya paytaxtında baş tutacaq.