
Bakının "İnter" klubunda ciddi islahatlar aparılıb. Komandanın rəhbərliyində təmsil olunan 3 şəxs klubdan qovulub.
Alınan qərara əsasən, klubun direktoru Natiq Məmmədov, menecer Sərxan Həsənov və menecer köməkçisi Fərəc Əliyev "İnter"dən göndərilib. Xəbəri "İnter"in prezidenti Georgi Nikolov da təsdiqləyib (futbol11.az).