"Beşiktaş" klubu Türkiyə Super Liqasının X tur matçında "Rizəspor"u qəbul edib.
Sportnet.az xəbər verir ki, İstanbuldakı "Wodafone Park" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın ilk 2 qolunu 3-cü və 40-cı dəqiqələrdə Mustafa Pektemek vurub. 72-ci dəqiqədə Matiç Fink topu öz qapısına göndərib. 79-cu dəqiqədə isə Vaqner Lav komandasının 4-cü qolunu vurub. Üstəlik, 60-cı dəqiqədə Rikardu Kuareşma penaltidən yararlana bilməyib. "Rizəspor" isə 50-ci dəqiqədə Entso Rokonun avtoqolu ilə sevinib.
Qonaq komanda görüşü 9 futbolçu ilə başa vurub. 10-cu dəqiqədə Orhan Ovacıklı, 61-ci dəqiqədə Marvane Saadane qırmızı vərəqə alıb.
Beləliklə, 4 oyundan sonra qələbə qazanan "Beşiktaş" 18 xalla 4-cü pilləyə yüksəlib. "Rizəspor" isə 8 xalla 16-cı yerdə gedir. Turnir cədvəlinə 21 xalla "Başakşehir" başçılıq edir. Sonrakı iki yerdə gedən "Kasımpaşa" və "Qalatasaray"ın hərəyə 19 xalı var. "Beşiktaş" növbəti turda "Başakşehir"in qonağı olacaq. Noyabrın 3-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşdə Rikardu Kuarejma sarı vərəqə limitini aşdığı üçün oynamayacaq.