1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyə Kubokunun matçı təxirə salındı
Futbol üzrə Türkiyə Kubokunda keçirilən "Batman Petrolspor" - "Kasımpaşa" oyunu təxirə salınıb.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb tribunadan qonaq komandanın futbolçusu Fode Koitaya 90+1-ci dəqiqədə plastik şüşənin atılması olub. İçi su ilə dolu qab 28 yaşlı futbolçunun üzünə dəyib.
Fransalı forvard ilkin tibbi müayinədən sonra paltardəyişmə otağına gedib. O daha sonra özünü pis hiss edib və təcili tibbi yardımla xəstəxanaya aparılıb. Qarşılaşmanın hakimi Özgür Yankaya oyunu təxirə salıb.
Qeyd edək ki, həmin vaxt "Kasımpaşa" klubu 3:2 hesabı ilə öndə olub.