1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Qapıçı klub prezidentini xilas etməyə çalışdı
İngiltərə "Lester"inin qapıçısı Kasper Şmeyxel vertolyot qəzasında dünyasını dəyişən klub prezidenti Vişay Şrivaddanaprabhanı xilas etməyə çalışıb.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Klod Pyuel "Daily Express"ə açıqlamasında bildirib.
O, 32 yaşlı danimarkalı qolkiperin Şrivaddanaprabhanın qəzaya düşdüyü anlara şahidlik etdiyini və ona kömək etməyə çalışdığını bildirib. 57 yaşlı mütəxəssis qeyd edib ki, polislər Şmeyxeli hadisə yerindən uzaqlaşdırıblar: "Bu, belədir, amma ətraflı məlumat vermək istəmirəm. Kasperi gördüm, dəhşətli şeylər yaşadım. O da bütün oyunçular kimi məyusdur. Hazırda bütün kollektiv kədərlidir".
Qeyd edək ki, "Lester"in prezidenti Vişay Şrivaddanaprabha İngiltərə Premyer Liqasının X turunda evdə "Vest Hem"lə 1:1 hesablı heç-heçə etdikləri oyunda sonra vertolyot qəzasında dünyasını dəyişib. Daha sonra həmin hadisənin görüntüləri yayılıb.