 
	
		"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar Yolunun II mərhələsində ilk oyununu keçirib.
		
			
		Sportnet.az xəbər verir ki, Emin İmaməliyevin baş məşqçi olduğu komanda Qəbələ şəhər stadionunda Almaniyanın "Herta" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Qəbələ"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 
		
			
		Bu cütün qalibi 1/16 finalda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektivdən biri ilə üz-üzə gələcək.
		
			
		Qeyd edək ki, cavab qarşılaşması noyabrın 28-də Berlində keçiriləcək. Həmin matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. 
 
	
		
 
"Qəbələ" I mərhələdə Moldova "Şerif"ini iki oyunun nəticəsinə əsasən məğlub edərək növbəti mərhələyə yüksəlib - 1:1, 3:1. 
	
UEFA Gənclər Liqası
Çempionlar yolu 
II mərhələ, ilk oyun
7 noyabr 
	
17:00  "Qəbələ" (Azərbaycan) - "Herta" (Berlin, Almaniya) - 1:3 
Qollar: Əli Sadıqov, 88 - Məhəmməd Kiprit, 65. Cesik Nqankam, 71. Rouen Vertmüller, 85
Samir Qurbanov, 74 (qeyri-dəqiq penalti) 
Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan) 
Qəbələ şəhər stadionu 
	
Qeyd edək ki, cavab oyunu noyabrın 28-də Berlində keçiriləcək.