"Düşünürəm ki, biz qələbəyə layiq idik. Oyunda yaxşı hücumlar qurduq. Oyun bizim xeyrimizə başa çatdı".
Sportnet.az "Report"a istinadən xəbər verir ki, bunu Almaniyanın "Herta" klubunun 19 yaşadaək futbolçulardan ibarət komandasının baş məşqçisi Maykl Hartman UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyununda "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransda deyib.
44 yaşlı mütəxəssis hər iki hissədə kifayət qədər qol epizodu yaratdıqlarını vurğulayıb: "Fikrimcə 5-6 qol vurmaq imkanımız var idi. Oyunun əvvəli bir az qarışıq keçdi. Biz də erkən qol vurmaq istəyirdik, amma bu olmadı. İkinci hissədə qolları vurduq və "Qəbələ" ilə matçda istədiyimiz nəticəni qazandıq".