1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Səbail”dən tarixi qələbə
Topaz Premyer Liqasının XI turunun "Sabah” – "Səbail” oyunu hər iki klubun tarixinə düşüb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 4:0 hesabı ilə qalib gələn qonaqlar özünün TPL-də ən böyükhesablı qələbəsini qazanıb. Bu, "Səbail”in ümumiyyətlə ilk böyükhesablı qalibiyyətidir. Premyer Liqada ötən mövsüm debüt edən "Səbail” əvvəlki 38 matçda 2-dən artıq top fərqilə qalib gəlməyib. Əvvəlki 11 qələbədən 2-si texniki nəticə, 8-i bir, 1-i isə iki top fərqilə qeydə alınıb. Cari mövsümün VII turunun "Sumqayıt”la oktyabrın 5-dəki görüşdə "Sumqayıt”ı 2 cavabsız qolla məğlub edən Aftandil Hacıyevin yetirmələri ilk dəfə üç xalı 1-dən çox fərqlə qazanıb. "Əlincə Arena”dakı görüşdə isə həmin göstərici ikiqat üstələnib.
Bu oyun "Səbail”in ən çox qol vurduğu Premyer Liqa matçıdır. Paytaxt təmsilçisinin əvvəlki rekordu ötən mövsümdə qeydə alınmışdı. 2017-ci il noyabrın 18-də "Kəpəz”lə səfər qarşılaşmasında 3 qol vuran qonaqlar 3:2 hesabı ilə qalib gəlib. XI turun oyunundakı məğlubiyyət "Sabah”ın Premyer Liqada ən böyükhesablı yenilgisidir. Bunadək bir dəfə ağır məğlubiyyət alan Elşad Əhmədovun komandası II turda "Sumqayıt”a 1:4 hesabı ilə uduzub.