
"Zirə” tarixində 75-ci səfər oyununu keçirib.
Sportnet.az xəbər verir ki, "Neftçi” ilə Topaz Premyer Liqasının XI turunun "Bakcell Arena”dakı qarşılaşması "Qartallar”ın bütün turnirlərdə keçirdiyi yubiley oyunu olub.
Komanda Premyer Liqada 52, I divizionda 15, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 dəfə rəqib meydanına çıxıb.
"Neftçi” ilə görüşdəki 2:2 hesablı bərabərlik səfər oyunlarında əldə edilən 20-ci heç-heçə olub. Bunlardan 17-si Premyer Liqa, 3-ü I diviziona təsadüf edib.
"Zirə” rəqib meydanlarında ən çox – 4 dəfə "Neftçi” ilə sülh bağlayıb. Ümumilikdə 11 rəqibin meydanından 1 xalla dönən qəsəbə təmsilçisi "Keşlə”, "Kəpəz” və "Qəbələ” ilə 3 dəfə heç-heçə edib.