
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turunda İngiltərədə "Arsenal"la keçirəcəyi oyunu biletləri satışa çıxarılıb.
Sportnet.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, qiymətlər 36 - 56 manatadır. Onları iticket.az saytından onlayn olaraq və ya "iticket"in baş ofisindən ( AF Mall, 14-cü mərtəbə, ofis 36) əldə etmək olar.
Qeyd edək ki, dekabrın 13-də Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.