1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Təmkin Xəlilzadə: “Bilərəkdən zəif oynadığımızı danışmaq ayıbdır”
"Ardıcıl iki qol vursaq da, asan oyun olmadı. Bugünkü hava, şəraiti, belə stadionda oynamaq olduqca çətindir. Çox əziyyət çəkdik, sevinirik ki, əziyyətimiz yerdə qalmadı. Qələbə seriyasını uzatmaq istəyirik”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Topaz Premyer Liqasının XII turunda səfərdə "Keşlə”ni 2:1 hesabı ilə yendikləri oyundan sonra deyib. 25 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını da cavablandırıb...
- Qol imkanlarınız çox olsa da, xsüsusən ikinci hissədə bunlardan yararlana bilmədiniz...
- 2:1-dən sonra rəqib qabağa çıxmağa, bərabərlik qolunu axtarmağa başladı. Belə olan halda bizim yaxşı imkanlarımız oldu. Hesab 3, hətta 4 top fərqi ilə ola bilərdi, amma futboldur, əldə etdiyin hər imkan qol olmaya bilər. Hücumçularımız qol sayını artıra bilməsələr də, irəlidə çox əziyyət çəkdilər, rəqibin müdafiəsini daim təzyiq altında saxlayırdılar.
- Millətlər Liqasında ardıcıl iki görüşdən sonra burada süni meydançada çıxış etmək sizi sanki yormuşdu...
- Yorğunluq istər-istəməz olur. Üstəlik, ayağımda da bir az ağrı var idi. Amma belə hallar bizə mane olmamalıdır. İşimiz budur və gecə saat 3-də də çağırsalar, oynamalıyıq.
- "Qəbələ”nin qeyri-stabil çıxışının səbəbini nədə görürsünüz?
- Çempionatın səviyyəsi elə vəziyətə gəlib ki, hamı bir-birindən xal ala bilər. İkinci dövrəyə pis başlamamışıq. 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə etmişik. Ən çox da biz istəyirik ki, ardıcıl qələbələri sıralayaq. Ümid edirəm ki, alınacaq.
- Kapitan Cavid Hüseynov "Qəbələ"nin çempionluq üçün oynamadığını, əsas məqsədin ilk 3 yerdən birini tutmaqdan ibarət olduğunu dedi. Siz nə düşünürsünüz?
- Mövsüm başlarkən, çempionluq qarşımıza mütləq hədəf kimi qoyulmamışdı. "Qəbələ”nin adı varsa, bu klub həmişə iddialı olub. Desəm ki, çempionluğa oynayırıq, bu, inandırıcı olmaz. Çalışırıq ki, mümkün qədər irəliləyək. Heç kimdən geri qalmırıq, heç bir komandadan pis oynamırıq.
- Çempionluğa iki namizəd – "Neftçi” və "Qarabağ”la oynamısınız. Birinə qalib gəlib, digərinə məğlub olmusunuz. Hansını çempion kimi görürsünüz?
- Rəqiblər haqqında danışmağı xoşlamıram. Hələ çempionluqdan bəhs etmək tezdir. Hər ikisinin bərabər şansı var.
- Milli komandanın son oyundakı nəticəsi hər kəsdə məyusluq yaratdı. Sanki komanda meydana məğlub olmağa çıxmışdı. İstəksiz, ruhsuz oyun izlədik. Bu, nə ilə əlaqədar idi?
- Mən azarkeşləri də, jurnalistləri də, hər kəsi başa düşürəm, amma bir az da bizi başa düşsələr, nə yaxşı olar... Bizdən çox heç kim bu matçda qələbəni arzulaya bilməzdi. Əziyyət çəkən bizik. Üstəlik, rəqib azarkeşlərin himnimizi fitə basması bizə çox pis təsir etdi. Əlimizdə imkan olsaydı, onları bəlkə də öldürərdik. Amma həmin gün onların günü idi. Bəlkə də bu rəqiblə yenidən oynasaq, biz böyükhesablı qələbə qazanarıq. Amma həmin gün nə istədilərsə, alındı. Məğlub olmuşuqsa, deyəcək çox söz olmur. Bir dəfə də demişdim, yenə deyirəm, xalqımızdan bu nəticəyə görə üzr istəyirəm. Onlar da bizim yanımızda olsunlar.
- Yaranan söz-söhbətlər barəsində nə deyə bilərsiniz? Söhbət gəzirdi ki, sanki kimlərsə bilərəkdən zəif oynamışdı...
- Onlar mənim komanda yoldaşlarımdır, çiyin-çiyinə mübarizə aparırıq. Doğrudan da qulağa çox iyrənc gələn söhbətlərdir. Bu haqda danışmaq da ayıbdır. Oxuyuruq, izləyirik, heç cür inanmaq olmur. Elə oyunçulardan danışırıq ki, gözümlə də görsəm, inanmaram. Kamran Ağayev də, Pavel Paşayev də, Dmitri Nazarov da canını qoymağa hazır olan oyunçulardır. Belə söhbətlər deyilməsə, yazılmasa, daha yaxşı olar.
- Martda yeni seçmə mərhələnin startı olacaq. Maraqlıdır ki, Kosovo seçmə mərhələdən birbaşa Avropa çempionatına yollansa, siz yolunuza davam edə bilərsiniz. Belə bir vəsiqəyə ümid varmı?
- Elə şeylər var ki, özümüzdən asılıdır, amma burada hər şey kimdənsə asılı vəziyyətdədir. Nə olacaqsa, xeyirlisi olsun. Biz püşkü gözləyirik və öz rəqiblərimiz maraqlıdır. Baş məşqçimizin rəhbərliyi ilə hazırlaşacağıq.