İngiltərə Premyer Liqasının XIV turunun mərkəzi görüşü "Arsenal" və "Tottenhem" komandaları arasında keçirilib. Sportnet.az-ın məlumatına görə, "Emirates" stadionunda təşkil olunmuş London derbisində meydan sahibləri qalib gəlib - 4:2.
Hesabı 10-cu dəqiqədə Pyer-Emerik Obameyanq açıb. 30-cu dəqiqədə Kiron Dayer bərabərlik qolunu vurub. 34-cü dəqiqədə Harri Keyn penaltidən dəqiq zərbə ilə "Tottenhem"i önə çıxarıb. 56-cı dəqiqədə Obameyanq hesabı bərabərləşdirib. 75-ci dəqiqədə Aleksandr Lyakazett, 77-ci dəqiqədə Lukas Torreyra da fərqlənərək, yekun nəticəni təmin edib. 85-ci dəqiqədə Yan Vertongen qırmızı vərəqə alaraq, "Tottenhem"in matçı azlıqda başa vurmasının səbəbkarı olub.
Bu qələbə sayəsində "Arsenal" xallarını 30-a çatdıraraq, 4-cü pilləyə yüksəlib. Eyni xala malik "Tottenhem" isə 5-cidir.
Qeyd edək ki, "Arsenal" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Bakıdakı görüşdə "topçular" qalib gəlib - 3:0. Bu komandalar Londonda dekabrın 13-də üz-üzə gələcəklər.