1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sadio Tounkara: "Yüksək pillələrdə olmağa layiqik" - MÜSAHİBƏ
"Zirə" klubunun futbolçusu Sadio Tounkaranın Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri matçdan sonra Sportnet.az-a müsahibəsi...
- İki gün keçirilməli olan qarşılaşmadan nə dərəcədə razı qaldınız?
- Razı qaldığımı deməzdim. Çünki dünən oyunu tam keçirə bilsəydik, qələbə ehtimalımız daha yüksək olardı. Dünən bu günə nisbətən qol imkanlarımız daha çox oldu. Düşünürəm ki, oyun təxirə salınmasaydı, qələbə şansımız var idi.
- Turnir cədvəlinə baxanda "Qəbələ" favorit görünürdü və "Zirə"yə qarşı evdə oynayırdı. Amma siz deyirsiniz ki, qələbə istəyirdik. Necə olur ki, "Zirə" turnir cədvəlində aşağı pillədədir, amma oyun baxımından rəqibi üstələyir?
- Sərgilədiyimiz oyunla turnir cədvəlindəki mövqeyimiz heç də uzlaşmır. Çünki həqiqətən də daha yüksək pillələrdə olmağa layiqik. Yuxarı pilləyə yüksəlmək üçün bura qələbə üçün gəlmişdik.
- Sizcə, komandanız hansı yerə layiqdir?
- İlk "4-lüy"ə layiqik.
- Qış fasiləsi bu hədəfə çatmaq üçün nə dərəcədə faydalı olacaq? Komandanızda baş məşqçi dəyişikliyi də olub. Samir Abasovun öz dəsti-xətti hiss olunur...
- Nümayiş etdirdiyimiz onu göstərir ki, biz buna nail ola bilərik. Təbii ki, qış fasiləsindən sonra çempionat daha maraqlı olacaq. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq.
- Öz çıxışınız barədə nə deyə bilərsiniz?
- Mən və bütün komanda yoldaşlarım əlimizdən gələni edirik ki, komanda üçün faydalı olaq. Düşünürəm ki, bizdə çatışmayan yeganə cəhət qol vurmaqdır. Bunun üzərində işləyib, gələcəkdə uğur qazana bilərik.
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Son ölkə çempionundan xal almaq nə dərəcə realdır? Nəzərə alsaq ki, rəqib hazırda enişdədir.
- Biz hansısa rəqibin enişdə və ya yüksəlişdə olması barədə düşünmürük. Öz oyunumuzu göstərib müəyyən xallar qazanmağa çalışacağıq.
- Neçə ildir ki, Azərbaycandasınız. Bizim ölkənin dilini öyrənmək barədə düşünmüsünüz?
- Azərbaycanca deyilən ifadələrin əksəriyyətini başa düşürəm. Amma bu dildə danışsam, fikrimi ifadə edə bilməyəcəyəm.
- "Zirə" Azərbaycan Kubokunun 1/4 finalında böyük ehtimalla, "Səbail"lə qarşılaşacaq. Kubokda mübarizə barədə nə deyə bilərsiniz?
- Biz bunu da dəyərləndirməyə çalışacağıq. Gələcəkdə baxacağıq. Ya kubok, ya da Premyer Liqa - görək hansında daha çox şanslarımız olacaq