1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA 3 klubu cərimələdi
AFFA İntizam Komitəsi "Zirə" klubunun futbolçusu Bilal Həmdini bir oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, səbəb 27 yaşlı yarımmüdafiəçinin Premyer Liqanın XIII turunda səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri matçda ikinci sarı vərəqə alaraq meydandan qovulmasıdır. 61-ci dəqiqədə oyundan kənarlaşdırılan fransalı oyunçuya görə klubu 200 manat məbləğində cərimə olunub.
İntizam Komitəsi "Sumqayıt", "Qəbələ" və "Keşlə"yə isə 800 manat cərimə kəsib. İlk iki komanda 4, sonuncusu isə 5 futbolçusunun müvafiq olaraq, "Səbail" (1:0), "Zirə" (0:0) və "Qarabağ"la (5:1) görüşlərdə sarı vərəqə almaları səbəbindən ziyana düşüb.
Qeyd edək ki, "Zirə" Premyer Liqada II dövrənin son turunda "Qarabağ"la üz-üzə gələcək.