 
	"Neftçi" klubunun müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytının suallarını cavablandırıb.
	
		
	Sportnet.az həmin müsahibəni təqdim edir: 
	
			
	- Azərbaycan Premyer Liqasının XIV turunda "Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyuna hazırlıq necə keçir?
	- Digər oyunlara olduğu kimi, "Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.
	
			
	- Artıq qış çempionusunuz...
	- Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidir ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.
	
			
	- Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiniz...
	- Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım... (gülür)
	
			
	- Hiss edirsinizmi ki, oyununuzu daha da yaxşılaşdırmısınız?
	- Hələ ki, hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdır.
	
			
	- "Sumqayıt” komandası haqqında nə deyə bilərsiniz?
	- Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. "Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.
	
			
	- Yeni ili harada keçirmək istəyirsiniz?
	- "Sumqayıt”la oyunu başa vuraq, sonra bu barədə düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdir ki, Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.