1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt" xeyriyyə aksiyalarında
«Azərikimya» İstehsalat Birliyinin Respublika "Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyası keçirilib.
Sportnet.az xəbər verir ki, aksiyanın təşkilində əsas məqsəd aztəminatlı ailələrin uşaqlarının, həmçinin sağlamlıq və maddi imkanları məhdud olan uşaqların isti qış geyimləri ilə təmin olunmasıdır. Təxminən 1 ay davam edən aksiyada 300-dən artıq ailəyə yardım göstərilib.
Qeyd edək ki, "Sumqayıt" Futbol Klubu da adıçəkilən aksiyanın iştirakçısı olub. Tədbirdə "gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev və vitse-prezident Vaqif Ömərov iştirak edib.
Bundan başqa, dekabrın 7-də isə SOCAR-ın "Azərikimya” İstehsalat Birliyində "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün 2010-cu ildən bəri davamlı olaraq keçirilən növbəti qanvermə aksiyası baş tutub. Bir gün əvvəl baş tutan aksiyada olduğu kimi qanvermə aksiyasında da "Sumqayıt" FK-nın rəhbərliyi ilə yanaşı inzibati və məşqçi heyəti iştirak edib.