Topaz Premyer Liqasının XIV turunda "Səbail"in qonağı olan "Qəbələ"nin məşqçisi Miloş Yevtiç texniki zonadan kənarlaşdırılıb.
Sportnet.az xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçi matçın 55-ci dəqiqəsində dördüncü hakim Səbuhi Bayramovla mübahisə etdiyi üçün qovulub.
Qeyd edək ki, oyunda hesab açılmayıb.