1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Arsenal"dan erməni təxribatına - REAKSİYA
İngiltərənin "Arsenal” klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda "Qarabağ”la görüşdə baş vermiş insidentə görə təhlükəsizlik tədbirlərini gücləndirəcək.
Spornet.az-ın məlumatına görə, klubdan "Sky Sports”a verilən açıqlamada dekabrın 13-də baş vermiş insidentin fonunda təhlükəsizlik məsələsinə yenidən baxılacağı diqqətə çatdırılıb. "Emireyts” stadionunda təhlükəsizlik tədbirləri davamlı gözdən keçirilir. Cümə axşamı baş verən insidentin fonunda kənar şəxslərin meydana girmələrinin qarşısını almaq üçün daha nələr etməyin mümkünlüyünə baxacağıq. Bizim arenada bu cür hadisələr nadir hallarda baş verir. Çünki təlim keçmiş stüardlarımız bu cür cəhdlərə nəzarət edirlər” deyə bildirilib.
Qeyd edək ki, UEFA "Arsenal”ın 1:0 hesabı ilə qalib gəldiyi matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin "Dağlıq Qarabağ"dakı separatçı rejimin bayrağı ilə meydana daxil olmasına görə intizam işi açıb.