1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ceyhun Sultanovun cəzası azaldıldı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi” klubu tərəfindən verilmiş şikayəti təmin edib.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin 4 dekabr 2018-ci il il tarixli qərarı ilə Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Sabah”la səfər oyunu ilə bağlı "Neftçi”nin idman direktoru Ceyhun Sultanovun kütləvi informasiya vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə cəzalandırıldığı oyun sayı 10-dan 5-ə, kluba tətbiq olunan cərimə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilib.
Qeyd edək ki, matç "Neftçi”nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.